Belqorodda rusları qətlə yetirən taciklərdən biri siyasətçinin oğlu imiş – TƏFƏRRÜAT - FOTO

Belqorodda rusları qətlə yetirən taciklərdən biri siyasətçinin oğlu imiş – TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Belqorodda rusları qətlə yetirən taciklərdən biri siyasətçinin oğlu imiş – TƏFƏRRÜAT - FOTO

99840

Rusiyanın Belqorod şəhərinin yaxınlığındakı hərbi hissədə kütləvi qətl törədən taciklərdən birinin tərcümeyi-halının təfərrüatları məlum olub. Onun siyasətçinin oğlu olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiya Telegram kanallarında yer alıb.

Tacikistanda isə Belqoroddakı terror aktı və dini zəmində münaqişə ilə bağlı versiyalar təkzib edilib. Qohumları və dostları hesab edirlər ki, Ehson Aminzoda Rusiya polisi tərəfindən tutularaq zorla bölməyə gətirilib.
24 yaşlı Ehson Aminzoda Tacikistan İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş yüksək vəzifəli məmuru, hazırda Xatlon vilayəti hökumətinin üzvü Toçiddin Aminzodanın oğludur.

Ehson Tacikistan vətəndaşıdır. Bir neçə ay əvvəl gənc işləmək üçün Moskvaya gəlib. Restoranda işləyib və toy üçün pul yığıb, çünki evdə onu gələcək həyat yoldaşı gözləyib. Ehson sonuncu dəfə oktyabrın 10-da ailəsi ilə əlaqə saxlayıb, dostlarının yanına gedəcəyini deyib, sonra isə telefonu işləməyib.

Dostları bildiriblər ki, Ehson metronun Lyublino stansiyasında polis tərəfindən saxlanılıb və bundan sonra yoxa çıxıb. Toçiddin oğlunu axtarışa vermək istəyib, lakin oktyabrın 16-da Rusiya xəbər kanalları onun oğlunun terror aktı törətdiyini və öldürüldüyünü bildirib.
Ertəsi gün ona Müdafiə Nazirliyindən zəng gəlib və Ehsonun artıq həyatda olmadığını bildiriblər, təfərrüatları isə açıqlamayıblar.

Telegram kanalları yazır ki,  Esxon heç vaxt radikal olmayıb. Rəsmi versiyaya görə, Ehson Moskvanın Çertanovski rayonunun Hərbi Komissarlığına könüllü gedib. Oktyabrın 11-də Soloti kəndindəki hərbi hissəyə gəlib, oktyabrın 15-də poliqonda atəş açıb. Nəticədə 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bizim.Media



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO