Rusiya Prezidenti Vladimir Putin Eyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada DƏHŞƏT - Hərbi təyyarə yaşayış binasına çırpılıb – FOTO/VİDEO
Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib. Faktla bağlı artıq cinayət işi başlanılıb.
Qeyd edək ki, “Su-34” təyyarəsi Krasnodar vilayətinin Eysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb.
Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.
Bizim.Media