Zelenski ölkədə enerji verilməsinin məhdudlaşdırıldığını BƏYAN ETDİ

Zelenski ölkədə enerji verilməsinin məhdudlaşdırıldığını BƏYAN ETDİ

Hazırda oxunan: Zelenski ölkədə enerji verilməsinin məhdudlaşdırıldığını BƏYAN ETDİ

99623

Şənbə günü, oktyabrın 15-də Çerniqov vilayətinin sakinləri elektrik istehlakını 20%, Kiyev və regionda isə 7% məhdudlaşdırıb.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara axşam müraciəti zamanı deyib.

O, qeyd edib ki, Ukraynanın bəzi şəhər və rayonlarında Rusiyanın raket terroru səbəbindən bütün sistemin stabil işləməsi üçün elektrik enerjisinin verilməsini məhdudlaşdırmaq lazımdır. 

Eyni zamanda, Zelenski əlavə edib ki, Ukraynada hər kəs pik saatlarda istehlakına şüurlu şəkildə yanaşsa, belə bağlanmaların qarşısını almaq olar.

"Bu, hər bir insanın həyatı üçün kiçik, lakin Ukraynanın bütün enerji sistemində çox əhəmiyyətli bir şeydir. Məsələn, bu şənbə günü Çerniqov vilayətinin sakinləri elektrik enerjisi istehlakını 20% məhdudlaşdırdılar. Mən sizə çox minnətdaram", - Ukrayna prezidenti bildirib.

O, elektrik enerjisi istehlakının saat 17:00-dan 23:00-a qədər azaldılmasının vacibliyini xatırladıb.

"Bu, Rusiyanın terror planlarının məğlubiyyətini təmin edəcək daha bir addımdır", - Zelenski vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO