Dünyada koronavirusa yoluxanların sayı 624 milyon nəfəri ötdü

Dünyada koronavirusa yoluxanların sayı 624 milyon nəfəri ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 624 milyon nəfəri ötdü

99550

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 624 milyon 502 minə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 567 min 70 nəfər COVID-19-dan ölüb.

Koronavirusa 30 milyondan çox yoluxmanın qeydə alındığı ölkələr arasında ilk sıralarda ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO