Braziliyanın əfsanəsi psixoloji müalicə alır – Özündən ETİRAF 

Braziliyanın əfsanəsi psixoloji müalicə alır – Özündən ETİRAF 

Hazırda oxunan: Braziliyanın əfsanəsi psixoloji müalicə alır – Özündən ETİRAF 

99512

Braziliya millisinin sabiq futbolçusu Ronaldo psixoloji müalicə aldığını deyib.

Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, o bildirib: “Mən artıq iki il yarımdır ki, psixoloji terapiyadayam və indi əvvəllər nə hiss etdiyimi daha yaxşı başa düşürəm. Geriyə baxıram və görürəm ki, biz  çox güclü psixoloji gərginliyə məruz qalmışıq, buna tamamilə hazır deyilik.

Bu, internet dövrünün başlanğıcına təsadüf etdi. İnformasiyanın yayılma sürəti kəskin artmağa başladı. Onda futbolçuların psixoloji sağlamlığı heç kəsi maraqlandırmırdı.

Bu gün onlara daha çox kömək olunur, sosial media profilləri, reaksiyaları daha çox öyrənilir. Təəssüf ki, mənim zamanımda bunların heç biri yox idi.
Reallıq budur ki, biz belə bir problemin olduğundan şübhələnmədik. Bu mövzu bizim nəsil tərəfindən tamamilə diqqətdən kənarda qalıb. Çoxları açıq-aydın dəhşətli dövrlərdən, hətta depressiyalardan da keçiblər. Düzdür, problemlər göz qabağında idi, lakin həlli yolları hazır deyildi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO