Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın cənubunda aktiv əks-hücum əməliyyatı fonunda Rusiya ordusu Xerson vilayətinin sakinlərini Rusiya ərazisinə deportasiya etməyə başlayıb.
Bizim.Media “UNAİN”a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Marat Xusnullin məlumat verib.
Məlumata görə, ruslar artıq bir neçə min uşağı deportasiya ediblər. Ukrayna vətəndaşlarının kütləvi deportasiyası davam edir.
"Bu gün Xerson vilayətinin Ukrayna tərərfindən atəşə tutulması davamlı olaraq davam edir və bölgə dinc sakinlər üçün təhlükəsiz deyil", - Xusnullin bildirib.
Baş nazirin müavininin sözlərinə görə, 500 nəfər müvəqqəti olaraq Rusiya Federasiyasına köçmək xahişi ilə bölgənin yeni qurulan idarələrinə müraciət edib. Qurum rəsmisi bildirib ki, müraciət edən hər kəsə belə bir imkan yaradılır.
Xusnullinin sözlərinə görə, Ukrayna vətəndaşları əvvəlcə istirahət mərkəzlərinə və digər “aralıq yerlərə” aparılır. Deportasiya edilənlərin Rusiyada qalıb işləmək istədikləri halda evlə təmin olunduğu deyilir.
Qeyd edək ki, Ukraynanın Xerson vilayəti sentyabrda keçirilən referendumla Rusiyaya birləşdirilib.
Bizim.Media