Livanda iğtişaşlar zamanı xəsarət alanların sayı 226-ya çatdı

Livanda iğtişaşlar zamanı xəsarət alanların sayı 226-ya çatdı

Hazırda oxunan: Livanda iğtişaşlar zamanı xəsarət alanların sayı 226-ya çatdı

9931

Livanın paytaxtı Beyrutdan 90 km uzaqlıqda yerləşən Tripoli şəhərində pandemiya məhdudiyyətlərinə qarşı keçirilən kütləvi etiraz aksiyaları nəticəsində 200-dən çox insan xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Al-Vataniya agentliyi Livan Qırmızı Xaç Cəmiyyətinin Tripolidəki nümayəndəsinə istinadən yayıb.

"Son məlumatlara görə, polislə toqquşmalar zamanı xəsarət alan nümayişçilərin sayı 226 nəfərə çatıb, onlardan 35-i hospitala gətirilib", - deyə məlumatda bildirilib.

Daha əvvəl deyilib ki, rəsmi Beyrut etirazları yatırtmaq üçün ordudan istifadə etmək qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO