İsveçrədə niqablı qadınlar cərimələnəcək

İsveçrədə niqablı qadınlar cərimələnəcək

Hazırda oxunan: İsveçrədə niqablı qadınlar cərimələnəcək

99290

İsveçrədə ictimai yerlərdə üzü örtən dini geyimlərlə bağlı qadağanı pozan qadınları cərimələyəcəklər. 

Bizim.Media xəbər verir ki, belə geyimlərlə ictimaiyyət arasına çıxan xanımlar üçün 1000 İsveçrə frankı (təxminən 1700 azn) məbləğində cərimə nəzərdə tutan qanun layihəsi parlamentə göndərilib. 

Xatırladaq ki, 2021-ci ilin martında İsveçrədə referendum keçirilib və ictimai yerlərdə, o cümlədən nəqliyyatda, restoran və mağazalarda üzün gizlədilməsinə qadağa təklifi qəbul olunub. Qərarı ölkə vətəndaşlarının 51,2 faizi dəstəkləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO