Krım körpüsündə baş vermiş partlayışda şübhəli bilinən 5 nəfər, o cümlədən Ermənistan vətəndaşı Artur Terçanyan barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media “İzvestiya” ya istinadən xəbər verir ki, həbs qətimkan tədbiri 8 dekabra kimi seçilib.
Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobilinin partlaması nəticəsində son məlumatlara görə 4 nəfər həlak olub.
Terrorizm maddəsi ilə cinayət işi başlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə partlayışdan sonra 8 nəfər şübhəli şəxs qismində saxlanılmışdı ki, aralarında Rusiya, Ukrayna və Ermənistan vətəndaşları var idi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:24 / 14.10.2022
Krım körpüsündə partlayışa görə Ermənistan vətəndaşı həbs olundu
Hazırda oxunan: Krım körpüsündə partlayışa görə Ermənistan vətəndaşı həbs olundu
Hazırda oxunan: Krım körpüsündə partlayışa görə Ermənistan vətəndaşı həbs olundu
99214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.