BMT Təhlükəsizlik Şurasının son iclasında Rusiyanın Ukrayna ərazisində keçirdiyi “referendumlar” müzakirə edilib.
Bizim.Media xəbər verir ki, üzv dövlətlər Ukrayna ərazilərinin “qanunsuz ilhaq cəhdlərini” rədd edib.
143 ölkə sənədin lehinə, 5 ölkə əleyhinə, 35 ölkə bitərəf qalıb. Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya əleyhinə səs verib. Səsvermədə bitərəf qalan ölkələr arasında Çin və Hindistan yer alıb.
Məsələyə Avropa Şurasının katibi Şarl Mişel münasibət bildirib:
“BMT qərarını verdi. Beynəlxalq ictimaiyyət Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq cəhdini çoxluqla rədd edir. Suverenliyin və ərazi bütövlüyünün qorunması BMT Nizamnaməsinin əsasını təşkil edir”.
Bildirilib ki, qətnamədə həmçinin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həlli tələb olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 13.10.2022
BMT Ukraynanın ərazi bütövlüyünü TANIDI
Hazırda oxunan: BMT Ukraynanın ərazi bütövlüyünü TANIDI
Hazırda oxunan: BMT Ukraynanın ərazi bütövlüyünü TANIDI
98984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.