NATO Ukraynanın müdafiəsi üçün toplanır

NATO Ukraynanın müdafiəsi üçün toplanır

Hazırda oxunan: NATO Ukraynanın müdafiəsi üçün toplanır

98878

Bu gün Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin görüşündə Ukraynanın havadan müdafiə sistemi müzakirə olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq iclasdan əvvəl jurnalistlərə deyib. 

“Bu gün biz Ukraynanın müdafiə naziri Reznikovla görüşəcəyik və NATO müttəfiqlərinin mesajı ondan ibarət olacaq ki, biz Ukraynaya dəstəyimizdə sabitik, uzunmüddətli perspektivə hazırıq və nə qədər lazımdırsa, onları dəstəkləyəcəyik”, - NATO Baş katibi əlavə edib. 

O vurğulayıb ki, bu gün həmçinin ABŞ-ın rəhbərlik etdiyi Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun da görüşü olacaq:

“Burada Ukraynaya dəstəyin necə artırılacağını müzakirə edəcəyik. Əsas prioritet Ukraynanın hava hücumundan müdafiəsi olacaq”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO