Ukraynanın azad edilmiş Liman şəhərində kütləvi məzarlıq tapıldı - FOTO

Ukraynanın azad edilmiş Liman şəhərində kütləvi məzarlıq tapıldı - FOTO

Hazırda oxunan: Ukraynanın azad edilmiş Liman şəhərində kütləvi məzarlıq tapıldı - FOTO

98817

İşğaldan azad edilmiş Donetsk vilayətinin Liman şəhərində 110-a yaxın xəndək, o cümlədən uşaq məzarları tapılıb. 

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 

Məlumatda bildirilib ki, Liman şəhərindəki “Novaya Maslyakovka” qəbiristanlığında 40-dan çox meyit çıxarılıb. 

Belə ki, 4-10 oktyabr tarixlərində Ukrayna istintaq-prokuror qrupu Rusiya Federasiyasının silahlı birləşmələrindən azad edilmiş Svyatoqorsk və Liman şəhərlərində yerli sakinlərin dəfn olunduğu yerlərə baxış keçirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bəzilərində zorakılıq nəticəsində ölüm əlamətləri olan 34 nəfərin meyitini çıxarıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO