Almaniya səfiri ukraynalılarla Kiyevdəki sığınacaqda

Almaniya səfiri ukraynalılarla Kiyevdəki sığınacaqda

Hazırda oxunan: Almaniya səfiri ukraynalılarla Kiyevdəki sığınacaqda

98489

Almaniya səfiri Anka Feldhusen oktyabrın 10-da səhər saatlarında Kiyevə kütləvi raket hücumu zamanı yüzlərlə kiyevli ilə eyni sığınacaqda gizlənib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə öz “Twitter” səhifəsində yazıb. 

“Yüzlərlə kiyevli ilə birlikdə sığınacaqdayıq. Rusiya Kiyevin mərkəzindəki uşaq meydançalarını atəşə tutarkən burada hökm sürən sakitliyə heyranam”, - deyə Anka Feldhusen qeyd edib. 

Almaniya səfirliyi Opera Teatrının və Kiyev Milli Universitetinin qırmızı binasının ərazisində dağıntıların baş verdiyi ərazidə yerləşir. 

Qeyd edək ki, Ukrayna paytaxtına yenicə səfərə gəlmiş Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders də sığınacaqda gizlənməyə məcbur olub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO