Rusiya Ukraynaya hücumun görüntülərini yaydı - VİDEO

Rusiya Ukraynaya hücumun görüntülərini yaydı - VİDEO

Hazırda oxunan: Rusiya Ukraynaya hücumun görüntülərini yaydı - VİDEO

98488

Xəbər verdiyimiz kimi, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın 10-dan çox bölgəsinə raket zərbəsi endirib. Hadisə nəticəsində ölən və yaralılar var. 

Bizim.Media “TASS”a istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Ukrayna bölgələrinə atılan raketlərin buraxılış anını əks etdirən videogörüntülər yayıb. 

Sözügedən görüntülərdə Qara Dəniz Donanmasına məxsus gəmidən raketlərin atıldığı görünür. 

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkovun sözlərinə görə, nəzərdə tutulan bütün obyektlər vurulub. 

Qeyd edək ki, Rusiya Ukraynanın hərbi idarəetmə, əlaqə və enerji sistemləri obyektlərinə zərbə endirdiyini açıqlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO