Kiyevə raket hücumunda  5 nəfər ölüb, 12 nəfər yaralanıb - VİDEO

Kiyevə raket hücumunda  5 nəfər ölüb, 12 nəfər yaralanıb - VİDEO

Hazırda oxunan: Kiyevə raket hücumunda  5 nəfər ölüb, 12 nəfər yaralanıb - VİDEO

98354

Kiyevin mərkəzinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko bildirib. 

Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb. 

10.37

Kiyevin mərkəzində bir neçə partlayış olub. 

Bizim.Media Tsn.ua-ya istinadən xəbər verir ki, Kiyevin mərkəzində yerləşən Şevçenko rayonunda ardıcıl bir neçə partlayış olub. 

Şəhər meri Vitali Kliçko bütün dövlət xidmətlərinin ərazidə çalışdığını, detalların açıqlanacağını deyib. Hadisə şahidləri yollarda avtomobillərin yandığını bildirib. 

Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisə zamanı ölənlərin və yaralananların olduğunu deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO