İtaliyanın Stromboli adasında yerləşən eyniadlı vulkanda aktivlik müşahidə edilib.
Bizim.Media xəbər verir ki, yenidən fəallaşan vulkanda lava axınları müşahidə olunub. Püskürmədən sonra vulkanın kraterində orta və güclü partlayışlar qeydə alınıb, çökmə baş verib.
Vulkanın ətəyindəki yaşayış məntəqələrinə kül və toz dumanı yayılıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, Stromboli adası Siciliyadan şimalda yerləşən Lipar adalar qrupuna aiddir. Stromboli vulkanı 1932-ci ildən indiyədək bölgədəki ən aktiv vulkanlardan hesab olunur. Üç fəal krateri olan vulkanda sonuncu güclü püskürmə 2019-cu ildə baş verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:44 / 10.10.2022
İtaliyada Stromboli vulkanı yenidən fəallaşdı
Hazırda oxunan: İtaliyada Stromboli vulkanı yenidən fəallaşdı
Hazırda oxunan: İtaliyada Stromboli vulkanı yenidən fəallaşdı
98291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.