Nyu Yorkda fövqəladə vəziyyət elan edilib - SƏBƏB 

Nyu Yorkda fövqəladə vəziyyət elan edilib - SƏBƏB 

Hazırda oxunan: Nyu Yorkda fövqəladə vəziyyət elan edilib - SƏBƏB 

98199

ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.

Bizim.Media xəbər verir ki, Nyu-York meri Erik Adams şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar bu qərarı verib.

“Biz böhran vəziyyətindəyik. Bu ilin aprelindən bəri 17 mindən çox sığınacaq axtaran şəxs cənub sərhədlərimizdən avtobusla Nyu Yorka gətirilib. Onların əksəriyyəti Cənubi Amerikadandır. Bu gün mən Nyu-Yorkda fövqəladə vəziyyət elan edirəm və müvafiq nizamnaməni dərc edirəm”, - deyə o, metropol sakinlərinə müraciəti zamanı bildirib.

Mer Erik Adams qeyd edib ki, bu tədbir bütün qurumların daha yaxşı əlaqələndirilməsi, miqrantlara yardım mərkəzlərinin tikintisi və bürokratik prosedurların sadələşdirilməsi məqsədi daşıyır.
Adamsın sözlərinə görə, şəhərdə evsizlər üçün sığınacaqlar sistemi hazırda 100% yüklənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO