Fransa İrandakı vətəndaşlarını özbaşına saxlanma və həbs olunma riski səbəbindən mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda ikili vətəndaşlığı olanlar da daxil olmaqla, İrandakı bütün Fransa vətəndaşlarına “əsassız həbs riski” olduğu üçün ölkəni tez bir zamanda tərk etmələri tövsiyə edilib.
Həmçinin qeyd olunub ki, İran ikili vətəndaşlığı tanımır və konsulluq əməkdaşları ikili vətəndaşlığı olan Fransa vətəndaşları ilə məhdud şəkildə əlaqə saxlayırlar.
Qeyd edək ki, İran mayda casusluq ittihamı ilə həbs edilən iki Fransa vətəndaşının Fransa Xarici Kəşfiyyat Xidmətində işlədiklərini və bu ölkəyə rejim dəyişikliyinə zəmin yaratmaq üçün gəldiklərini bildirən görüntüləri 6 oktyabrda televiziyada yayımlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:53 / 08.10.2022
Fransa İrandakı vətəndaşlarına SƏSLƏNDİ – “Həbs oluna bilərsiniz“
Hazırda oxunan: Fransa İrandakı vətəndaşlarına SƏSLƏNDİ – “Həbs oluna bilərsiniz“
Hazırda oxunan: Fransa İrandakı vətəndaşlarına SƏSLƏNDİ – “Həbs oluna bilərsiniz“
98167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.