Zelenski ilə Putin ilk dəfə bir araya GƏLƏCƏK  

Zelenski ilə Putin ilk dəfə bir araya GƏLƏCƏK  

Hazırda oxunan: Zelenski ilə Putin ilk dəfə bir araya GƏLƏCƏK  

98049

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni bir araya gəlməsi olacaq.
Səfir bildirib ki, gərəksiz gərginliyin qarşısını almaq üçün ölkə liderləri müxtəlif mehmanxanalarda yerləşdiriləcəklər.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Ria Novosti”yə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak edəcəyini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO