Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı

Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı

Hazırda oxunan: Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı

98018

Ukrayna Rusiyanın Kuril adalarını rəsmən Yaponiya ərazisi kimi tanıyıb. 
 
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, qərarı Ali Radanın 287 deputatı dəstəkləyib. 

Ukrayna parlamenti həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıb. 

Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO