Vestiarmenii.info saytı yazır ki, RZSO T-107 türk istehsalı deyil və İran İslam Respublikasından alınıb.
Sayt qeyd edir ki, İran bu raket sistemini Azərbaycana 2013-cü ildə bağlanmış müqaviləyə əsasən satıb.
T-107 Azərbaycanın Silahlı Qüvvələrinin silahlandırılmasına 2014-cü ilin əvvəllərində qəbul edilib və qoşunların təmas xəttinə yerləşdirilib.
Sayt vurğulayır ki, dinc sakinlərə və yaşayaş məntəqələrinə atəş açıldığı təqdirdə bölmələrə T-107-dən istifadə etmək icazəsi verilib.
Yazının bu hissəsi informasiya müharibəsi baxımdan çox önəmlidir. Erməni mətbuatı Azərbaycanın dinc sakinlərinin Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulduğunu və Azərbaycanın məcburiyyət qarşısında qalaraq reaktiv yaylım atəş sistemlərindən istifadə etdiyini təsdiqləyir. Halbuki erməni tərəfi bunu bütün vasitələrlə gizləməyə çalışır, əksinə Azərbaycan tərəfini təxribat törətməkdə günahlandırdı.
Qeyd edək ki, eyni material armpaper.com saytında da dərc edilib.































































































