Avropa İttifaqı (Aİ) Rusiyanın 30 fiziki və 7 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə müvafiq normativ aktların dərc olunduğu Aİ-nin rəsmi jurnalında məlumat yerləşdirilib.
“Ukraynadakı vəziyyətin ciddiliyini nəzərə alaraq, Şura hesab edir ki, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 30 şəxs və 7 təşkilat sanksiyaya məruz qalan şəxslər, təşkilatlar və orqanlar siyahısına daxil edilməlidir”, - sənəddə qeyd edilib.
Bildirilib ki, “qara siyahı”ya Yuliya Çiçerina, Nikolay Rastorquyev və Oleq Qazmanov, habelə “Fakel”, “Avanqard”, “İrkut” və “Deqtyarev adına zavod” kimi hüquqi şəxslər salınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:40 / 06.10.2022
Aİ-nin Rusiyaya SANKSİYASI davam edir – Bu dəfə 30 şəxs
Hazırda oxunan: Aİ-nin Rusiyaya SANKSİYASI davam edir – Bu dəfə 30 şəxs
Hazırda oxunan: Aİ-nin Rusiyaya SANKSİYASI davam edir – Bu dəfə 30 şəxs
97837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.