Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə J.Borrell tviterdə yazıb.
O bildirib ki, Hüseyn Əmir Abdullahiyan ilə İrandakı durumu, o cümlədən son zamanlar ölkədə keçirilən etiraz aksiyaları barədə müzakirələr aparıb.
Aİ-nin ali nümayəndəsi söyləyib ki, telefon danışığı zamanı nümayişçilərə qarşı zorakılığın dayandırılmasını və saxlanılanların azad edilməsini istəyib: “İranda etiraz hüququnun həyata keçirilməsinə icazə verilməlidir. Biz bütün ssenariləri nəzərdən keçiririk”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:11 / 06.10.2022
"İranda etirazlarda saxlanılanlar buraxılsın" - Borrel
Hazırda oxunan: "İranda etirazlarda saxlanılanlar buraxılsın" - Borrel
Hazırda oxunan: "İranda etirazlarda saxlanılanlar buraxılsın" - Borrel
97760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.