Namibiya Qoşulmama Hərəkatı ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir - FOTO 

Namibiya Qoşulmama Hərəkatı ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir - FOTO 

Hazırda oxunan: Namibiya Qoşulmama Hərəkatı ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir - FOTO 

97607

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyaya işgüzar səfəri çərçivəsində paytaxt Cakartada Namibiya Respublikası Milli Şurasının sədri Lukas Sinimbo Muha ilə görüşüb. 

Milli Məclisdən Bizim.Media-ya verilən xəbərə görə, spiker Sahibə Qafarova Azərbaycan ilə Namibiya arasında ikitərəfli münasibətlərin qısa tarixə malik olmasına baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı faydalı ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial olduğunu bildirib. 

Milli Məclisin sədri ölkələrimizin beynəlxalq platformalarda əməkdaşlığından razılığını ifadə edərək, Qoşulmama Hərəkatı çərçivəsində də faydalı əlaqələrin mövcudluğunu diqqətə çatdırıb.

Spiker, həmçinin Namibiyanın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünün yaradılması ilə bağlı təşəbbüsünə dəstəyini vurğulayaraq, qeyd edib ki, Namibiya Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında da təmsil olunub. 

Azərbaycan parlamentinin spikeri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi, Bakı konfransının nəticələri, təşkilatın qarşısında duran vəzifələr, planlaşdırılan tədbirlər barədə məlumat verib. 
Namibiya Respublikası Milli Şurasının sədri Lukas Sinimbo Muha Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. O, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, bu kontekstdə qanunverici orqanlar arasında əməkdaşlığın rolunu qeyd edib. 

Lukas Sinimbo Muha beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışaraq, qeyd edib ki, BMT, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi beynəlxalq platformalarda əməkdaşlıq onun ölkəsi üçün olduqca vacibdir.

O cümlədən, Namibiya Qoşulmama Hərəkatı ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və təşkilatın beynəlxalq münasibətlər sistemində aktiv rolunu yüksək qiymətləndirir. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO