Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi başlayıb

Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi başlayıb"

Hazırda oxunan: Deputat: “Ukraynanın NATO-ya üzv olması prosesi başlayıb"

97517

“Ukraynanın NATO-ya daxil olması prosesi artıq başlayıb və bu proses mütləq uğurla başa çatacaq”.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasından olan depuat David Araxamia teleqramda yazıb.

O qeyd edib ki, 11 ölkə Kiyevin bu təşəbbüsünü dəstəkləyib: 

“Bizim rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Proses başlayıb, geriyə dönüş yoxdur”.

D.Araxamia Ukraynanı dəstəkləyən ölkələrin adlarını da açıqlayıb: 

“Artıq tək deyilik. Bizi 11 ölkə, o cümlədən Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya açıq şəkildə dəstəkləyib. Məqsədimizə mütləq çatacağıq. Məqsədlərimiz kiməsə qeyri-real və ya çox iddialı görünsə belə. Dünya dəyişib. Biz onu dəyişmişik və yeni dünyada ölkəmiz öz layiqli yerini tutacaq”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da ölkəsinin sürətləndirilmiş əsaslarla NATO-ya üzvlük ərizəsini imzalayıb.
Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko deyib ki, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarından başlayacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO