Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr bu tarixdə başlayacaq

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr bu tarixdə başlayacaq

Hazırda oxunan: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr bu tarixdə başlayacaq

97350

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarında başlayacaq.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko brifinqdə danışıb.

O bildirib ki, Ukraynanın İsveç və Finlandiya kimi hazırlıq mərhələsini ötürərək üzvlük üçün dərhal müraciət etməsi gözlənilən ssenari idi: “Ukraynanın üzvlük ərizəsi dinamik dəyişikliklərə və hadisələrə reaksiyadır. Tərəfdaş ölkələr bundan xəbərdardır”.
N.Qalibarenkonun sözlərinə görə, ilk addımlardan biri səfirlər səviyyəsində müzakirə olacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da NATO-ya üzvlüyün sürətləndirilməsi ilə bağlı ərizə imzalamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO