“Məkkədə ölənlərə həsəd aparıram”x9d -  Kadırov

“Məkkədə ölənlərə həsəd aparıram”x9d - Kadırov

Hazırda oxunan: “Məkkədə ölənlərə həsəd aparıram”x9d - Kadırov

97288
Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, Məkkədə həcc ziyarətində həyatını itirmiş insanlara həsəd aparır, çünki onlar müsəlmanların müqəddəs məkanında ölüblər.

“Onlar ən müqəddəs gündə, müsəlmanların ən müqəddəs məkanında dünyasını dəyişib. Buna görə də çox xoşbəxt insanlardı, biz onlara həsəd aparırıq. Allah qoysa biz onlarla cənnətdə görüşərik,”x9d o, RSN xəbər agentliyinə bildirib.

Moderator.az BBC-yə istinadən xəbər verir ki, Kadırovun sözlərinə görə, Minada baş verən hadisəni faciə kimi qiymətləndirmək olar, lakin eyni zamanda Səudiyyə Ərəbistanında həcc ziyarətinə gedən hər bir müsəlman, orada ölməyi arzulayır.

“Allah həcc ziyarətində ölən şəxslərin bütün günahlarını bağışlayır. Hər bir müsəlman Allahı görmək istəyir. Yəni bu faciədir, eyni zamanda da Allahın böyük nemətidir,”x9d Çeçenistan lideri bildirib.

Minada çaxnaşma, Qurban bayramının ilk günü, cümə axşamı baş verib. Hadisə nəticəsində ən azı 753 nəfər həyatını itirib, yüzlərlə insan isə yaralanıb.

Bu, həcc ziyarəti zamanı baş vermiş ilk belə hadisə deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO