Ərdoğan Praqada Paşinyanla görüşəcək - Zəngəzur dəhlizi müzakirə ediləcək

Ərdoğan Praqada Paşinyanla görüşəcək - Zəngəzur dəhlizi müzakirə ediləcək

Hazırda oxunan: Ərdoğan Praqada Paşinyanla görüşəcək - Zəngəzur dəhlizi müzakirə ediləcək

97266

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Bizim.Media “Sabah”a istinadən xəbər verir ki, görüş zamanı Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, müzakirələrin Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparacaqlar.

Qəzetin xəbərinə görə, Türkiyə liderinin erməni Baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması gözlənilir.
Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO