Vladimir Putin Nyu Yorkda Barak Obama ilə danışıqlar aparacaq

Vladimir Putin Nyu Yorkda Barak Obama ilə danışıqlar aparacaq

Hazırda oxunan: Vladimir Putin Nyu Yorkda Barak Obama ilə danışıqlar aparacaq

97221
Rusiya prezidenti Vladimir Putin Nyu Yorkda BMT Baş Assambleyasında iştirakı çərçivəsində ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq.

 APA-nın “TASS”x9da istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.   
 
Peskovun sözlərinə görə, Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Barak Obama ilə aparılacaq danışıqların mövzusu  artıq razılaşdırılıb. Peskov hər iki görüşün bir gündə baş tutacağını bildirib.   
 
Ağ Ev, öz növbəsində, BMT Baş Assambleyasında Rusiya və ABŞ prezidentləri arasında görüşün baş tutacağını təsdiqləyib.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO