NATO-nun QORXUSU - Rusiya “Poseydon”u sınaqdan keçirəcək

NATO-nun QORXUSU - Rusiya “Poseydon”u sınaqdan keçirəcək

Hazırda oxunan: NATO-nun QORXUSU - Rusiya “Poseydon”u sınaqdan keçirəcək

97052

NATO kəşfiyyatı hərbi blokun komandanlığına Rusiyanın “Poseydon” pilotsuz sualtı aparatını sınaqdan keçirməyə hazırlaşdığı barədə məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə oktyabrın 2-də İtaliyanın “La Repubblica” qəzeti alyansın xüsusi xidmət orqanlarının hesabatına istinadən məlumat yayıb. 

Hesabatda “Belqorod” çoxməqsədli nüvə sualtı qayığının Karsk dənizindəki hərəkətləri yer alıb.

NATO ekspertləri təklif edirlər ki, nüvə pilotsuz təyyarəsinin sınaq buraxılışları məhz orada keçirilə bilər.

Materialın müəllifləri bildirirlər ki, “Poseydon” radioaktiv sunami yaratmaq gücünə sahibdir. Bu da Nyu-York və ya Los-Anceles kimi böyük şəhərləri yer üzündən silə bilər.

Eyni zamanda, ABŞ-ın ixtiyarında olan infraqırmızı sensorlu peyklər dənizin dərinliklərində baş verənləri görə bilmədiyi üçün hücumun qarşısını almaq mümkün deyil.

Qeyd edək ki, “Belqorod” çoxməqsədli nüvə sualtı qayığı “Kursk”un analoqudur. Xüsusilə “Poseydon” sistemi üçün layihəyə 09852 adı verilib. Sualtı qayıq 2019-cu ilin aprelində suya buraxılıb. Bu ilin iyulunda nüvə sualtı qayığı Rusiya Hərbi Dəniz Qüvvələrinə verilib.
Gəmi “qiyamət silahı” sayılan və ABŞ-ın demək olar ki, bütün sahilyanı ərazilərini vurmağa qadir olan altı “Poseydon”la təchiz olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO