Türkiyədə 15 terrorçu saxlanıldı

Türkiyədə 15 terrorçu saxlanıldı

Hazırda oxunan: Türkiyədə 15 terrorçu saxlanıldı

97002

Suriyanın şimalında Əl-Bab və Cerablus bölgələrində İŞİD və PKK/YPG-yə qarşı keçirilən antiterror əməliyyatları zamanı 6-sı başçıları olmaqla 15 terrorçu saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular terror aktları törətmək üçün yaxın günlərdə Türkiyəyə keçməyi planlaşdırıblar.

Sentyabrın 29-da Əl-Bab və Cerablusda keçirilən əməliyyat zamanı 11 İŞİD və 4 PKK/YPG terrorçusu saxlanılıb.

Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib. Terrorçuların evlərində aparılan axtarışlar zamanı silah və sursat götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO