İsrail Türkiyədəki səfirinin təyinatını təsdiqlədi

İsrail Türkiyədəki səfirinin təyinatını təsdiqlədi

Hazırda oxunan: İsrail Türkiyədəki səfirinin təyinatını təsdiqlədi

96967

İsrail hökuməti İrit Lillianın ölkənin Türkiyədəki səfiri təyin edilməsinə razılıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində İsrailin baş naziri Yair Lapid yazıb.

"Nazirlər Kabineti bu gün İsrailin Türkiyədəki yeni səfiri İrit Lillianın təyinatını təsdiqləyib. Bu, İsrail və Türkiyə arasında bir ildir üzərində işlədiyimiz diplomatik əlaqələrin bərpası istiqamətində daha bir mühüm addımdır", - deyə baş nazir bildirib.

Y.Lapid qeyd edib ki, ötən həftə onun Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Onun sözlərinə görə, hər iki lider öz administrasiyalarına iki ölkə arasında "siyasi və iqtisadi əlaqələrin daha da yaxşılaşdırılması üçün çalışmağı" tapşırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO