3 ölkənin müdafiə nazirləri razılığa gəldilər - SƏBƏB

3 ölkənin müdafiə nazirləri razılığa gəldilər - SƏBƏB

Hazırda oxunan: 3 ölkənin müdafiə nazirləri razılığa gəldilər - SƏBƏB

96944

Yaponiya, ABŞ və Avstraliyanın müdafiə nazirləri bu üç ölkə arasında əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, Yaponiyanın müdafiə naziri Hamada Yasukazu, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Avstraliyanın müdafiə naziri Riçard Marlz oktyabrın 1-də Havay adalarında bir araya gəliblər.

Yaponiyanın müdafiə naziri həmkarlarına bildirib ki, təmsil etdikləri ölkələr arasında sıx əməkdaşlıq açıq və azad Hind-Sakit okean regionunun qanunun aliliyi əsasında qorunması və daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Nazir, həmçinin Yaponiyanın müdafiə qabiliyyətinin son beş ildə əsaslı şəkildə möhkəmləndirilməsi məqsədilə Milli Təhlükəsizlik Strategiyası və bununla əlaqədar ilin sonunadək nəzərdə tutulan müdafiə proqramları barədə də həmkarlarını məlumatlandırıb.

Nazirlər ölkələri arasında müdafiə sahəsində silahların və texnologiyaların birlikdə hazırlanması və inkişafı sahəsində əməkdaşlıq barədə də razılığa gəliblər.

Nazirlər arasında bu ölkələrin strategiyalarının əlaqələndirilməsi barədə razılıq əldə olunduğu da qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO