Kameron donuzla cinsi əlaqədə olub -ŞOK İDDİA

Kameron donuzla cinsi əlaqədə olub -ŞOK İDDİA

Hazırda oxunan: Kameron donuzla cinsi əlaqədə olub -ŞOK İDDİA

96908
İngiltərənin baş naziri Devid Kameron barəsində şok bir iddia irəli sürülüb.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, gündəmdə bomba effekti yaradan iddia Lord Mişel Aşkroft və İzabel Oakeşott tərəfindən Devid Kameron haqqında yazılan kitabda yer alıb.
 
Yazarlar iddia edir ki, İngiltərənin baş naziri tələbə olarkən təhsil aldığı Oksford Universitetindəki əyləncə klubuna qəbul olmaq üçün bu addımı atıb.
 
“The Daily Mail”x9d qəzetinin xəbərinə görə, İngiltərənin baş nazirinə yaxın mənbələr Kameronun əleyhinə olan sensasiyalı iddiaları qəbul etmədiyini bildiriblər. İddiaya görə, kitabın müəlliflərindən olan Lord Mişel Aşkroft əhəmiyyətli bir vəzifəyə gəlməsinə maneə olduğu üçün dörd ildir ki, Devid Kamerona qarşı müxalif mövqedədir.
 
Sensasiyalı iddia qısa müddət ərzində sosial şəbəkələrdə zarafatın mövzusu olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO