Türkiyədə Azərbaycan bayrağı şəklində boyanan bina dünyaca məşhur oldu – Ev sahibindən AÇIQLAMA -VİDEO

Türkiyədə Azərbaycan bayrağı şəklində boyanan bina dünyaca məşhur oldu – Ev sahibindən AÇIQLAMA -VİDEO

Hazırda oxunan: Türkiyədə Azərbaycan bayrağı şəklində boyanan bina dünyaca məşhur oldu – Ev sahibindən AÇIQLAMA -VİDEO

96690

Türkiyədə yaşayan soydaşımız Nərgiz Aktaşın son paylaşımları sosial şəbəkədə maraqla izlənilir. Bursanın İznik vilayətində yaşayan Nərgiz xanım bir müddət əvvəl dördmərtəbəli evinin Azərbaycan bayrağının rənglərinə boyaması ilə diqqət cəlb etmişdi.

Bir neçə gün əvvəl Bizim.Media ilə əlaqə saxlayan Nərgiz Aktaş onu da bildirmişdi ki, sentyabrın 29-da İznikdə Dünya Köçəri Festivalı start götürəcək. 

“Evimizi bayrağımızın rənginə boyamaqla Festivala gələn qonaqların diqqətini çəkmək və Azərbaycan haqqında bacardığımız qədər qonaqlara çox bilgi verməkdir”. 

Artıq dünəndən Festival başlayıb. Dünyanın 120-ə yaxın ölkəsi bu Festivala qatılıb. Nərgiz xanımın ideyası da Festivala qatılanların böyük marağına səbəb olub. 

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, dünəndən ayaq üstəyik: 

“Festivala gələn qonaqlar şəhərin girəcəyindəki evimizi görüb ayaq saxlayır, burda foto və video çəkirlər. Bəzilərisə hətta evimizə təşrif buyururlar”.  

Nərgiz Aktaş onu da əlavə etdi ki, evimizə son 2 gündə yüzlərlə qonaq gəlib. 

“Çalışırıq ki, onların hamısına milli nemətlərimizdən dadızdıraq, Azərbaycan haqqında onlarda xoş təəssürat yaradaq. Deyəsən, müəyyən qədər istəyimizə nail olmuşuq. Çünki, dünən bizim evdə çay içən çinli qızı, niderlandlı kişini, belçikalı qadını bu gün Festivaldakı Azərbaycan pavilyonunda gördüm”.
Xatırladaq ki, Dünya Köçəri Festivalında iştirakçılar milli dəyərlərini nümayiş etdirir, mətbəxtləri, milli oyunları və milli musiqisi barədə tamaşaçılara məlumatlar verirlər. 

Festivala Azərbaycan böyük nümayəndə heyəti ilə qatılıb. Ölkəmiz üçün ayrılmış sahədə Azərbaycanın maddi-mənəvi nailiyyətləri və milli mətbəximizin nemətləri nümayiş olunur.

Surxay Atakişiyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO