ABŞ Ukraynaya kömək üçün yeni hərbi komandanlıq yaradır

ABŞ Ukraynaya kömək üçün yeni hərbi komandanlıq yaradır

Hazırda oxunan: ABŞ Ukraynaya kömək üçün yeni hərbi komandanlıq yaradır

96607

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya kömək üçün yeni hərbi komandanlıq yaradacaq. 

Bizim.Media xəbər verir ki, bunu “The New York Times” nəşri yazıb. 

Nəşr qeyd edib ki, ABŞ Müdafiə Departamenti müttəfiqlərinin Ukrayna ordusunu necə hazırladığını və təchiz etdiyini yenidən nəzərdən keçirmək qərarına gəlib. 

Qəzet yazır ki, ABŞ admiralları və generalları yeni komandanlığın yaradılması ideyası ilə razılaşıblar. Onlar hesab edirlər ki, bu, çox aktual və vacibdir.

Çünki yeni sistem müttəfiqlərin və tərəfdaşların öz avadanlıqlarını təhvil vermək və Ukrayna hərbçilərinə təlim keçmək baxımından riayət edə biləcəkləri formal təhlükəsizlik strukturu yaradacaq. 

Xatırladaq ki, sentyabrın 28-də ABŞ Senatı Ukraynaya təxminən 1,1 milyard dollar məbləğində yeni yardım paketini təsdiqləyib. 

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək ABŞ Kiyevə 25 milyard dollar yardım edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO