ABŞ-da yaşayan Misirlilər, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 70-ci dövr ümumi danışıqları üçün Nyu Yorka gəlməyi planlaşdıran Misir prezidenti Abdulfəttah əs-Sisiyə Manhattan küçələrində etiraz edib. Etirazçılar Manhattan küçələrində "Rabia Avtobus Turu" təşkil ediblər.
ABŞ-dakı Misirlilər, axşam saatlarında üzərində Rabia işarəsi olan sarı rəngli bir avtobusla və üstü açıq şəhər turu avtobusuyla Manhattan küçələrində "Sisini Nyu Yorkda görmək istəmədikləri" mesajı verib.
"Ədalət və Azadlıq üçün Misirli Amerikalılar" adlı quruluş tərəfindən təşkil edilən proqramda Rabia işarəsi edən etirazçılar "Müharibə günahkarı general axtarılır" yazılı plakat açıb.
Aktivistlər çevrilişlə vəzifəsindən uzaqlaşdırılan seçilmiş prezidenti Məhəmməd Mursinin fotoşəkilinin olduğu plakatları da daşıyıb.
Nümayişçilər həmçinin ABŞ və BMT-yə, Misirdəki çevriliş rəhbərliyinə verdikləri dəstəyi kəsmək çağırışında olub. BMT Baş Məclisinin 70-ci dövr ümumi danışıqları 28 sentyabrda başlayacaq.









































































































