ABŞ prezidenti Co Bayden Vaşinqtonda keçirilən konfrans zamanı konqresmen Ceki Valorskinin avqust ayında avtomobil qəzasında öldüyünü unudaraq onu tapmağa çalışıb.
Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” (NYP) məlumat yayıb.
“Mən burada hamınıza təşəkkür etmək istəyirəm, o cümlədən konqresmen Cim MakQovern, senator Mayk Braun, senator Kori Buker, konqresmen Cekiyə. Buradasınız? Ceki haradadır? Düşünürəm ki, o, burada olmağı planlaşdırıb”, - Amerika lideri bildirib.
Respublikaçı konqresmen Ceki Valorski İndiana ştatının ikinci konqres dairəsindən ABŞ Nümayəndələr Palatasının üzvü olub. Siyasətçi bu postu 2013-cü ildən 2022-ci ildə vəfat edənədək tutub.
Bizim.Media