Türk Hava Yolları Rusiya və Belarusa uçuşları ləğv etdi

Türk Hava Yolları Rusiya və Belarusa uçuşları ləğv etdi

Hazırda oxunan: Türk Hava Yolları Rusiya və Belarusa uçuşları ləğv etdi

96071

Türk Hava Yollarının rəsmi saytında Türkiyənin milli aviadaşıyıcısının Rusiya və Belarusa bəzi reysləri ləğv etdiyi barədə xəbər yayılıb.  

Bizim.Media xəbər verir ki, Soçi, Rostov və Yekaterinburqa, eləcə də Minskə uçuşlar 2022-ci il dekabrın 31-dək yerinə yetirilməyəcək.

Türk Hava Yolları ilə də bu şəhərlərdən uçmaq mümkün olmayacaq. Aviadaşıyıcı öz qərarlarının səbəblərini bildirmir, lakin alınmış biletlərin pulunun geri qaytarılacağını vəd edir. 

Rusiyanın “Aeroflot” şirkəti isə oktyabrın 1-dən Misirin məşhur kurortları olan Hurqada və Şarm Əl-Şeyxə müntəzəm gündəlik reysləri bərpa edəcəyini açıqlayıb. Biletlər isə artıq satışdadır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO