Moskvada MDB dövlətlərinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti üzrə 18-ci iclası keçiriləcək.
Bizim.Media "russian.rt.com"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiya nümayəndə heyətləri iştirak edəcək.
“Məşvərətçi orqanın işi çərçivəsində Rusiya Federasiyası Prezidentinin Birlik ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans vasitəsilə görüşü planlaşdırılır. Tədbir sentyabrın 30-da saat 09.00-da başlayacaq”, - deyə məlumatda bildirilib.
O da qeyd olunub ki, iclası Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açacaq və o, Vladimir Putinin iclas iştirakçılarına müraciətini oxuyacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:38 / 26.09.2022
MDB kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada toplaşır
Hazırda oxunan: MDB kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada toplaşır
Hazırda oxunan: MDB kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada toplaşır
95873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.