İstanbul gəmi kanalının tikintisi 20 milyard dollara başa gələcək - NAZİR

İstanbul gəmi kanalının tikintisi 20 milyard dollara başa gələcək - NAZİR

Hazırda oxunan: İstanbul gəmi kanalının tikintisi 20 milyard dollara başa gələcək - NAZİR

95692

İstanbul gəmi kanalının tikintisi Türkiyəyə ilkin planlaşdırılandan 5 milyard dollar baha başa gələcək və 20 milyard dollar təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri bazar günü Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Adil Karaismailoğlu “Sabah” qəzetinə müsahibəsində bildirib.

“Kanalın dəyəri ilkin hesablamalardan daha yüksək oldu. Biz tikintini 15 milyard dollara hesablamışdıq, ancaq 20 milyard dollara başa gələcək”, - deyən nazir Türkiyə hakimiyyətinin layihəni büdcədənkənar mənbələr hesabına həyata keçirmək istədiyini bildirib. 

“Dünyanın ən mühüm layihələrindən biri gec-tez həyata keçiriləcək. Bu, zərurətdir”, - Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, kanalın tikintisi Bosforda nəqliyyat yükünü xeyli azaldacaq. 

“Hazırda ildə 40 min gəmi Bosfor boğazından keçir. Sabah bu rəqəm 60-70 minə çatarsa, o zaman onların Boğaziçi ilə keçidi qeyri-mümkün olacaq”, - nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO