“İran Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlara sərt cavab verməlidir”.
Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, bunu prezident İbrahim Rəisi deyib.
Agentlik qeyd edir ki, ölkədə son illərin ən böyük etiraz aksiyaları keçirilir. Məlum olduğu kimi, İran rəhbəri etirazla ictimai asayişin və təhlükəsizliyin pozulmasını bir-birindən ayırmağın vacibliyinə işarə vurub.
O, ölkədə baş verən hadisələri iğtişaş adlandırıb. Bununla bağlı prezident “ölkənin təhlükəsizliyinə və əmin-amanlığına qarşı çıxanlarla məşğul olacağına” söz verib.
Yerli televiziyanın məlumatına görə, həftə ərzində iğtişaşlar zamanı ən azı 41 nəfər həlak olub. Qeyd olunur ki, İranın əksər əyalətlərində etiraz aksiyaları davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:11 / 25.09.2022
İran prezidenti: “Ölkədəki etirazlara sərt cavab veriləcək”
Hazırda oxunan: İran prezidenti: “Ölkədəki etirazlara sərt cavab veriləcək”
Hazırda oxunan: İran prezidenti: “Ölkədəki etirazlara sərt cavab veriləcək”
95661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.