Meksika prezidenti koronavirusa yoluxduğunu açıqladı

Meksika prezidenti koronavirusa yoluxduğunu açıqladı

Hazırda oxunan: Meksika prezidenti koronavirusa yoluxduğunu açıqladı

9552

Meksika prezidenti Andres Manuel Lopez Obrador koronavirusa yoluxduğunu söyləyib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Twitter”də yazıb.

"Simptomlar yüngüldür, artıq müalicə alıram. Həmişə olduğu kimi, optimistəm", - deyə meksikalı lider bildirib və əlavə edib ki, daxili işlər naziri Olqa Sançes Kordero onu səhərlər "gündəlik məsələlərdən danışmaq üçün" baş tutan mətbuat konfranslarında əvəz edəcək.

Meksika lideri əmin edib ki, Prezident sarayında dövlət işləri ilə məşğul olacaq və rusiyalı həmkarı Vladimir Putinlə nəzərdə tutulmuş söhbətə hazırlaşacaq.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi Putinin Obrador ilə telefon danışığının nəzərdə tutulduğunu iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO