Çay haqqında BİLMƏDİKLƏRİMİZ – Gün ərzində 4 fincan çay… 

Çay haqqında BİLMƏDİKLƏRİMİZ – Gün ərzində 4 fincan çay… 

Hazırda oxunan: Çay haqqında BİLMƏDİKLƏRİMİZ – Gün ərzində 4 fincan çay… 

95340

Çin alimlərinin bir milyondan çox insan üzərində apardıqları araşdırma göstərib ki, qara və yaşıl çay qəbulu 2-ci tip şəkərli diabetin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. 

Bizim.Media xəbər verir ki, Vuhan Elm və Texnologiya Universiteti (Çin) mütəxəssislərinin bununla bağlı araşdırmasının nəticələri Avropa Şəkərli Diabet Tədqiqatı Assosiasiyasının (EASD) Stokholmda keçirilən illik toplantısında təqdim olunub. 

Çayın antioksidan, iltihab əleyhinə və xərçəng əleyhinə vasitə olduğu elmə çoxdan məlumdur. Lakin bu içkinin 2-ci tip şəkərli diabetin ilk əlamətləri ilə mübarizə zamanı effektiv vasitə olduğunu mütəxəssislər yeni kəşf ediblər. 

Araşdırma zamanı tədqiqatçılar səkkiz ölkədən 1 076 311 subyekti əhatə edən 19 araşdırmanı nəzərdən keçiriblər.

Belə ki, onlar meta-analiz nəticəsində yaşıl və qara çayların istehlakı ilə böyüklərdə 2-ci tip diabet riski arasındakı əlaqəni təhlil ediblər.  

Təhlillər zamanı məlum olub ki, gündə içilən hər bir fincan çay şəkərli diabetin yaranma ehtimalını təxminən bir faiz azaldır. Belə ki, gün ərzində 1-3 fincan çay içənlər üçün bu nisbət 4%, ən azı 4 fincan çay içənlər üçün isə 17%-ə qədər azalıb. Mütəxəssislər təhlillərdə iştirak edənlərin cinsindən, yaşadığı ərazidən, içdikləri çayın növündən asılı olmayaraq eyni nəticəni əldə ediblər. 
Alimlərin fikrincə, daha dəqiq nəticələr əldə etmək üçün əlavə tədqiqatlara ehtiyac var, lakin onlar artıq şəkərli diabetin inkişaf riskini azaltmaq üçün gündə ən azı 4 fincan çay içməyi tövsiyə edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO