“Nüvə silahı yaratmaq niyyətində deyilik” - İbrahim Rəisi  

“Nüvə silahı yaratmaq niyyətində deyilik” - İbrahim Rəisi  

Hazırda oxunan: “Nüvə silahı yaratmaq niyyətində deyilik” - İbrahim Rəisi  

95125

“İran İslam Respublikası nüvə silahı istehsal etmək və ya əldə etmək niyyətində deyil, doktrinamızda bu cür silahlara yeri yoxdur”. 

Bizim.Media “Frans Press”ə istinadən xəbər verir ki, bu fikirləri İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında çıxışı zamanı səsləndirib. 

O, ölkəsinin nüvə proqramının məhdudlaşdırılması ilə bağlı razılaşmanın bərpasına ciddi yanaşdığını vurğulasa da, Tehranın Vaşinqtonun hər hansı mümkün razılaşmaya sadiqliyinə etibar etmədiyini söyləyib.  
“İstəyimiz yalnız birdir: öhdəliklərə əməl etmək” deyən İ.Raisi məhz ABŞ-ın sazişdən çıxan tərəf olduğunu qeyd edib. 

“ABŞ nüvə sazişini tapdaladı”, - İran Prezidenti deyib. O, Qərbin tətbiq etdiyi sanksiyaları İran xalqına qarşı cəza adlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO