Belçikadakı səfirimizdən XƏBƏRDARLIQ -

Belçikadakı səfirimizdən XƏBƏRDARLIQ - "Ermənilər hücum edəcək"

Hazırda oxunan: Belçikadakı səfirimizdən XƏBƏRDARLIQ - "Ermənilər hücum edəcək"

94988

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində yazıb.

“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, - deyə səfir qeyd edib. 

Qeyd edək ki, son dövrlər Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumların sayı kəskin artıb.

Xaricdəki səfirliyimizə ilk hücum avqustun 5-də Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınıb. Gündüz saatlarında hücum təşkil edən radikal dini qruplaşmanın üzvləri diplomatik korpusun içinə daxil olub, binada dağıntılar törədib, daha sonra pəncərəyə çıxaraq, Azərbaycana qarşı hədələyici və dini şüarlar səsləndiriblər.

ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirib. 

Sentyabrın 18-də isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışıblar. Fransa polisi isə binanın təhlükəsizliyini təmin etməyib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO