Həsən Ruhani:

Həsən Ruhani: "Ölüm hallarının nə vaxt başa çatacağı məlum deyil"

Hazırda oxunan: Həsən Ruhani: "Ölüm hallarının nə vaxt başa çatacağı məlum deyil"

9477

“Ümid edirəm ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün fevral ayının ortalarına qədər vaksinasiyaya başlayacağıq”.

Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün Koronavirusla Mübarizə Milli Qərargahın Tehranda keçirilən iclasında çıxış edərkən bildirib.

O, ölkədə koronavirusa qarşı üç növ vaksinin istehsalına başlanıldığını qeyd edib: 

“Biz koronovirusun mutasiyaya uğramış növünün yayılacağından narahatıqlıq keçiririk. Hazırda ölkənin bir sıra bölgələrində xəstəliyə yoluxma halları kəskin artıb. Bu isə narahatlıq doğruran ciddi promlerdən biridir. Ümid edirəm ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün fevral ayının ortalarına qədər vaksinasiyaya başlayacağıq. Lakin təəssüflər olsun ki, xəstəlik ucbatından baş verən gündəlik ölüm hallarının nə vaxt başa çatacağı hələlik məlum deyil. 

Hazırda ölkədə “Bərəkət”, “Razi” və “Pastor” adlarında olan üç növ vaksinin istehsalına başlanılıb.

Ümid edirik ki, bu vaksinlər yaz və ya yay aylarında tam istehsal edilərək xəstəliyə yoluxanların istifadəsinə veriləcək.

Lakin daxili vaksinlər istehsal edilənə qədər düşünürəm ki, xarici vaksinlərdən istifadə etmək bir zərurətdir”, - deyə, İran prezidenti  vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO