Dəhşətli cinayət: 13 yaşlı hamilə qızı 14 yaşlı sevgilisi öldürdü

Dəhşətli cinayət: 13 yaşlı hamilə qızı 14 yaşlı sevgilisi öldürdü

Hazırda oxunan: Dəhşətli cinayət: 13 yaşlı hamilə qızı 14 yaşlı sevgilisi öldürdü

9464

13 yaşlı Patriça adlı qız, sevgilisi 14 yaşlı Kacper S. tərəfindən bıçaqlanaraq öldürülüb.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, hadisə Polşanın cənubunda yerləşən qəsəbələrin birində baş verib. 

Cinayət qızın evə dönməməsindən sonra aparılan axtarışlar nəticəsində ortaya çıxıb.

Axşam evə qayıtmayan qızın ailəsi telefon ilə əlaqə saxlamağa çalışsa da telefona zəng çatmayıb. Təşvişə düşən ailə, qızları əvvəllər heç vaxt belə davranmadığı üçün polisə müraciət edib.

Polisin araşdırması nəticəsində məlum olub ki, qız axrıncı dəfə avtobusda 14 yaşlı sevgilisi ilə görülüb.

O, ilk ifadəsində qızı görmədiyini desə də, sonra onu bıçaqlayaraq öldürdüyünü etiraf edib. 14 yaşlı oğlan, qızın ondan hamilə olduğu və bunu anasına demək istədiyi üçün öldürdüyünü bildirib.

Daha sonra isə qızın meşədə cəsədinin yerini göstərib. Cəsədin üzərində 10-dan çox bıçaq yarası aşkarlanıb.

Kaçper 15 yaşı tamam olduğu gün həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO