Ər xəyanət edən arvadından qisasını BELƏ ALDI

Ər xəyanət edən arvadından qisasını BELƏ ALDI

Hazırda oxunan: Ər xəyanət edən arvadından qisasını BELƏ ALDI

9462

Xəyanətlə üzləşən ər otel haqqında mənfi rəy yazaraq, qonaqları oranı tərk etməyə çağırıb.

Bizim.Media "The İndependent" istinadən xəbər verir ki, xanımının ona oteldə masajçı ilə xəyanət etdiyinə əsəbləşən kişi intiqamını bu cür alıb.

Maykl adlı kişi “TripAdvisor” səyahət portalında Baham adalarında yerləşən “The Palms Hotel”ə reytinq siyahısında bir ulduz verib.

O, əvvəlcə otelin mənzərəsini bəyəndiyini və müştərilərə xidmətin yüksək şəkildə təşkil olunduğunu qeyd edib. Lakin sonra Maykl oğlunu otelə gətirmək üçün arvadını bir neçə gün tək qoyduğunu yazıb.

İki gündən sonra otelə qayıdan kişi arvadının xəyanəti ilə üzləşib. Qadın ona otelin SPA mərkəzində çalışan masajçı ilə aldatdığını etiraf edib.

Maykl belə bir vəziyyətin hər kəsin başına gələ biləcəyini qeyd edərək otelə gəlmək istəyən qonaqlara xəbərdarlıq edib:

“Əlbətdə ki, bu mənim həyat yoldaşımın günahıdır,  otelin deyil. Ancaq bu hər bir qonağın başına gələ bilər”,- deyə təhqir olunmuş ər fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO