Avropa Birliyi Komissiyası, qaçqınların kvota üsulu ilə üzv ölkələr arasında bölünməsini nəzərdə tutan plana son halını verib. AB Komissiyası başçısı Jean-Claude Juncker kvota planını bu gün bildirəcək.
AB Komissiyası başçılığı vəzifəsinə noyabr ayında gələn Jean-Claude Juncker "birliyin vəziyyəti"nə bağlı ilk çıxışını edəcək.
AB Komissiyası sayları sürətlə artan və əvvəlcə Yunanıstan və İtaliya üçün böyük yük təşkil edən qaçqınların kvota üsulu ilə üzv ölkələr arasında paylaşılmasını məqsəd qoyur.
Avstriya, Macarıstan, Polşa, Slovakiya və Sloveniya Komissiyanın planlarına qarşı çıxır.
AB Komissiyası ilk dəfə AB daxilində etibarlı olacaq bir "etibarlı ölkələr siyahısı" da hazırlayıb. Siyahı, müraciəti qəbul edilməyən qaçqınların daha sürətli deportasiya edilə bilmələrini təmin edəcək.
Brüsselin təklif paketi arasında Avropaya sığınacaq axtaran şəxslər axınının qarşısını almaq üzrə Afrika ölkələrinə təmin edilən maliyyə yardımının artırılması da var.
Qaçqınların dörddə biri Almaniyaya
AB Komissiyası ətraflarına görə, hazırlanan kvota planına uyğun olaraq Almaniyanın payına 31 min 443 sığınacaq axtaran şəxslər düşür. Beləcə
Almaniya, hələ də İtaliya və Yunanıstanda olan 120 min qaçqından dörddə birinə qapılarını açmış olacaq.
Almaniyada iltica müraciətində olanların sayı iyun sonu etibarilə 746 min oldu. Federal Alman hökumətinin Sol Partiyasının sualına verdiyi cavaba görə, 2014-cü ilin sonundan bu yana qaçqın və sığınacaq müraciətində olanların sayı 117 min artıb.
































































































